“Petkim” istehsalını artırıb

“Petkim” istehsalını artırıb Birinci rübdə əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsi “Petkim”in maliyyə göstəriciləri uğurlu olub.
Sənaye
15 May , 2020 14:50
“Petkim” istehsalını artırıb
0 : 00
0 : 00

Birinci rübdə əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsi “Petkim”in  maliyyə göstəriciləri uğurlu olub.

“Report” bu barədə şirkətin məlumatına istinadən xəbər verir:

“Dünyada bir çox neft-kimya və neft emalı müəssisəsinin istehsala fasilə verdiyi bir zamanda “Petkim” istehsal və ticarət əməliyyatlarını fasiləsiz davam etdirib.

“Petkim” STAR neft emalı zavodu sayəsində I rübdə istehsalını 2% artıraraq 802 min tona çatdırıb".

Qeyd edilib ki, qlobal bazarlardakı zəifləmə, məzənnədəki yüksək volatillik və məhsulun qiymətlərinin aşağı olmasına baxmayaraq “Petkim”in satışdan gəlirləri 2,8 mlrd. lirə olub.

“Petkim” bu müddətdə koronavirusla mübarizədə Türkiyənin ehtiyacı olan tibbi ləvazimat və qablaşdırma üçün xam maddələrin istehsalına fasiləsiz davam edir.

“Petkim”in baş direktoru Anar Məmmədov maliyyə göstəricilərinin uğurlu olmasında STAR-la birgə çalışmanın rolunu qeyd edib. “Dünyada bir çox şirkət xammal çatışmazlığı yaşadığı halda, biz ehtiyacımız olan naftanı STAR zavodundan problemsiz əldə edirik. Bu inteqrasiyanın nə qədər təsirli olduğunu koronavirus pandemiyası zamanı bir daha gördük və üstünlüyündən yararlandıq”,- o əlavə edib.

Son xəbərlər

Orphus sistemi