Yuxarı
    Bağlamaq

    “Petkim”ə yeni baş direktor müavini təyin olunub

    Bakı. 26 dekabr. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”in baş direktor müavini vəzifəsində dəyişiklik edilir.

    “Report” bu barədə şirkətin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) yaydığı məlumata əsasən xəbər verir.

    Məlumata görə, şirkətin istehsal üzrə baş direktor müavini Nihad Gürbüz gələn il yanvarın 1-dən bu vəzifədən ayrılacaq, həmin vəzifəyə hazırda Aromatiklər, Qlikol və Akril istehsalı üzrə direktor vəzifəsini icra edən Ali Semih Şansal təyin olunub. O, yanvarın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq.

    N.Gürbüz isə həmin tarixdən baş direktorun texniki məsələlər üzrə müşaviri vəzifəsini icra edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi