Ötən il Naxçıvanda sənaye istehsalı 2 %-dək artıb

Sənaye
  • 28 yanvar, 2022
  • 12:49
Ötən il Naxçıvanda sənaye istehsalı 2 %-dək artıb

2021-ci ildə Naxçıvan Muxtar Respublikasında 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunub.

Bu barədə “Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, bir il öncəki göstəricini 1,7 % üstələyib.

Sənaye məhsulu istehsalının 94,6 %-i malların, 5,4 %-i isə xidmətlərin payına düşüb.

İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,3 % təşkil edib.

44 - Tezliklə