Yuxarı

“Khazar SD” avtomobillərinin Rusiya və Gürcüstan bazarlarına çıxarılması ilə bağlı danışıqlar başlayıb

Dinlə
© Report/ Firi Salim — İiqtisadiyyat nazirinin müavini Niyazi Səfərov

Bakı. 19 oktyabr. REPORT.AZ/ Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiya və Gürcüstan bazarlarına çıxarılması ilə bağlı danışıqlar aparılır, bu bazarların imkanları araşdırılır.

Bu barədə “Report”a açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, zavodun açılmasında məqsəd daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də Azərbaycandan ixracdır.

“Bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada keçirilmiş sərgidə "Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə istehsal etdiyi həmin avtomobillər nümayiş etdirildi. Bu, xarici tərəfdaşlar üçün gözlənilməz oldu. “Khazar SD” avtomobilləri ölkədə sənayenin inkişafı ilə bağlı görülən işlərin məntiqi nəticəsidir və onların Rusiya və Gürcüstan bazarlarında satışı imkanları araşdırılır, danışıqlar gedir”, - nazir müavini qeyd edib.

Qeyd edək ki, Neftçaladakı Avtomobil Zavodunun məhsullarının fərdi şəxslərlə yanaşı, Azərbaycanın dövlət qurumları da alır. Bir qədər əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu 22 ədəd “Khazar SD” markalı minik avtomobili alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi