Bu il Britaniyanın Azərbaycandakı qızıl hasilatçısı istehsalını kəskin azaldıb

Sənaye
  • 23 iyul, 2024
  • 13:58
Bu il Britaniyanın Azərbaycandakı qızıl hasilatçısı istehsalını kəskin azaldıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin ikinci rübündə 2 707 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin hazırladığı hesabatında qeyd olunub.

Bu, 2023-ci ilin ikinci rübünün göstəricisinə (12 422 unsiya) nisbətən 4,6 dəfə azdır.

İkinci rübdə şirkət tərəfindən 2 438 unsiya qızıl hasil edilib. Bu, bir il öncəki göstərici ilə (7 870 unsiya) müqayisədə 3,2 dəfə azdır.

Bu dövr ərzində Britaniya şirkəti 46 ton mis istehsal edib. Bu, ötən ilin ikinci rübünün göstəricisi ilə (1 014 ton) müqayisədə 22,05 dəfə azdır. 2023-ci ilin ikinci rübündə bu həcmlər

Bu müddət ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 6 341 unsiya təşkil edib. Bu isə 2023-ci ilin ikinci rübün göstəricisi ilə (22 010 unsiya) müqayisədə 3,5 dəfə azdır.

Bu ilin yanvar-iyun aylarında "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə 5 270 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib. Bu, 2023-ci ilin ilk yarım ilinin göstəricisinə (23 391 unsiya) nisbətən 4,4 dəfə azdır.

Birinci yarımildə şirkət tərəfindən 4 704 unsiya qızıl hasil edilib. Bu, 2023-cü ilin birinci yarım ilinin göstəricisi ilə (14 623 unsiya) müqayisədə 3,1 dəfə azdır.

Bu dövrdə 100 ton mis istehsal edib. Bu, ötən ilin ilk yarım ilinin göstəricisi ilə (1 870 ton) müqayisədə 18,7 dəfə azdır.

Bundan başqa, "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 12 740 unsiya təşkil edib. Bu isə 2023-ci ilin birinci yarım ilin göstəricisi ilə (44 696 unsiya) müqayisədə 3,5 dəfə azdır.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.