Bu il “Azərpambıq” gəlirlərini 98% artırıb

Bu il “Azərpambıq” gəlirlərini 98% artırıb Bu ilin yanvar-mart aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” 21,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib
Sənaye
29 Aprel , 2021 17:40
Bu il “Azərpambıq” gəlirlərini 98% artırıb

Bu ilin yanvar-mart aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 21,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 10,5 milyon ABŞ dolları və yaxud 98,1 % çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında “Azərpambıq” MMC 10,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Son xəbərlər

Orphus sistemi