Bu il “Azərpambıq” gəlirlərini 3,6 dəfə artırıb

Bu il “Azərpambıq” gəlirlərini 3,6 dəfə artırıb “Azərbaycan Sənaye Korporasiyası”nın törəmə müəssisəsi 39,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib
Sənaye
1 İyul , 2021 12:39
Bu il “Azərpambıq” gəlirlərini 3,6 dəfə artırıb

Bu ilin yanvar-may aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 39,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 28,6 milyon ABŞ dolları və yaxud 3,6 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-may aylarında “Azərpambıq” MMC 10,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Son xəbərlər

Orphus sistemi