Belarusdan Azərbaycana ağac emalı məhsullarının ixracı 20 % artıb

Belarusdan Azərbaycana ağac emalı məhsullarının ixracı 20 % artıb 2023-cü ilin sonunda Belarusdan Azərbaycana ağac emalı məhsullarının ixracının artım tempi 20 faiz təşkil edib.
Sənaye
6 İyun , 2024 23:59
Belarusdan Azərbaycana ağac emalı məhsullarının ixracı 20 % artıb

2023-cü ilin sonunda Belarusdan Azərbaycana ağac emalı məhsullarının ixracının artım tempi 20 faiz təşkil edib.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu “Bellesbumprom” konserninin sədr müavini Gennadi Dikovitski ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının 14-cü iclasında açıqlayıb.

“Sənaye müəssisələri Azərbaycana tədarükün davamlı artımını təmin edir. 2023-cü il üçün nəticələr nümunəvidir. 2022-ci ilin göstəricisinə nisbətən ixracın artım tempi 120 %-dən çoxdur”.

O qeyd edib ki, ağac emalı sənayesi müəssisələri üçün Azərbaycan Belarusun daimi və mühüm ticarət-iqtisadi tərəfdaşlardan biridir.

İxrac olunan məhsullar sırasına plitə, faner, qapı, taxta pəncərə, mebel, taxta-şalban, kağız, karton və onlardan hazırlanmış məmulatlar daxildir. Konsernin sədr müavininin sözlərinə görə, taxta ev dəstlərinin tədarükü də perspektivlidir.

Son xəbərlər

Orphus sistemi