Bakıda sənaye istehsalı 32% artıb

Sənaye
  • 01 oktyabr, 2021
  • 12:50
Bakıda sənaye istehsalı 32% artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda ötən ilin eyni dövrü ilə müqayisədə 32% çox - 26 milyard manat dəyərində sənaye məhsulları istehsal edilib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, sənaye məhsulunun 75,2 %-i mədənçıxarma, 21,6 %-i emal, 2,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,3 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,7 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 sentyabr 2021-ci il vəziyyətinə 301,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 73,1 mln manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Bütün Xəbər Lenti