“Bakı Şampan Şərabları Zavodu” maliyyə hesabatını açıqlayıb

Sənaye
  • 16 may, 2024
  • 15:09
“Bakı Şampan Şərabları Zavodu” maliyyə hesabatını açıqlayıb

“Bakı Şampan Şərabları Zavodu” ASC 2023-cü ili 2,11 milyon manat mənfəətlə başa vurub, halbuki, şirkət 2022-ci ildən 49 min manat zərərlə çıxmışdı.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Şampan Şərabları Zavodu”nun əməliyyat gəlirləri 301 min manat (il ərzində 33,2 % artıb), əməliyyat xərcləri 188 min manat (12,6 % azalıb), inzibati xərclər isə 70 min manat (14,8 % artıb), fəaliyyətin dayandırılmasından mənfəəti 2,152 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Şampan Şərabları Zavodu”nun aktivləri 5,153 milyon manat olub ki, bu da, 1 il əvvələ nisbətən 30,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 14,8 % azalaraq 677 min manata, balans kapitalı isə 32,5 % azalaraq 4,475 milyon manata düşüb.

Xatırladaq ki, “Bakı Şampan Şərabları Zavodu” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,769 milyon manatdır.