Azərbaycanın metanol ixracından gəliri 33 % azalıb

Sənaye
  • 30 dekabr, 2023
  • 13:53
Azərbaycanın metanol ixracından gəliri 33 % azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 81,4 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 % azdır.

11 ay ərzində Azərbaycanın ümumi ixracının dəyəri 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 1 il əvvələ nisbətən 10,5 % çox - 3 milyard ABŞ dolları təşkil edib.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.