Azərbaycanın aparıcı sement istehsalçısı xalis mənfəətini cüzi artırıb

Azərbaycanın aparıcı sement istehsalçısı xalis mənfəətini cüzi artırıb Azərbaycanda sement istehsalı ilə məşğul olan “Norm” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 228,341 milyon manat təşkil edib.
Sənaye
11 İyul , 2019 15:56
Azərbaycanın aparıcı sement istehsalçısı xalis mənfəətini cüzi artırıb

Azərbaycanda sement istehsalı ilə məşğul olan “Norm” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 228,341 milyon manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,8% azdır.

Hesabat dövründə “Norm”un cəmi öhdəlikləri 44,5% azalaraq 48,316 milyon manata düşüb, cəmi kapitalı isə 21,7% artaraq 180,025 milyon manata çatıb.

2018-ci ildə sement istehsalçısının məhsul satışından gəlirləri 149,447 milyon manat (2017-ci ilə nisbətən 18,35% çox), satışının maya dəyəri 86,973 milyon manat (14,9% çox), ümumi və inzibati xərcləri 4,646 milyon manat (13% az), satış və marketinq xərcləri 3,983 milyon manat (31,8% çox), paylama xərcləri 7,21 milyon manat (5,2% çox), debitor borclarının dəyərsizləşməsi üzrə gəlirləri 286 min manat (91% az), maliyyə xərcləri 3,673 milyon manat (53,8% az), uzunmüddətli kreditor borclarının açılışı üzrə xərcləri 1,37 milyon manat (əvvəlki il gəlirlər olub), valyuta mübadiləsindən xalis gəlirləri 82 min manat (95,9% az), sair gəlirləri 1,368 milyon manat (8,6% çox), mənfəət vergisi ödəmələri isə 8,522 milyon manat (202,9 dəfə çox) təşkil edib. Son nəticədə şirkət ötən ili 34,806 milyon manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 0,3% çoxdur.

Son xəbərlər

Orphus sistemi