Azərbaycanda yod istehsalı noyabrda 14 %-dən çox artıb

Sənaye
  • 30 dekabr, 2024
  • 08:36
Azərbaycanda yod istehsalı noyabrda 14 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 192,9 ton yod istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çoxdur.

Təkcə noyabrda isə ölkədə 20,7 ton yod istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 14,3 % çoxdur.

Bu ilin dekabrın 1-nə, Azərbaycanda 19,5 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 208,1 ton yod istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 6,9 % çoxdur.