Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub

Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub Azərbaycanda “Yer təkinin istifadəyə verilməsi üzrə hərrac (auksion və müsabiqə) predmetinin başlanğıc qiymətinin və hərracda iştirak haqqı məbləğinin hesablanması Metodikası”nın təsdiq edilib.
Sənaye
19 Aprel , 2024 14:38
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub

Azərbaycanda “Yer təkinin istifadəyə verilməsi üzrə hərrac (auksion və müsabiqə) predmetinin başlanğıc qiymətinin və hərracda iştirak haqqı məbləğinin hesablanması Metodikası”nın təsdiq edilib.

“Report” xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının sədri Muxtar Babayev qərar imzalayıb.

Müsabiqəyə çıxarılan filiz faydalı qazıntı yataqları üzrə faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi faydalı qazıntının növündən və yatağın tipindən asılı olaraq müxtəlif olub “Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 176 nömrəli Qərarı əsasında müəyyən edilən texniki-iqtisadi göstəricilərdən (meyarlardan) ibarətdir.

Qərara əsasən, hərracda (auksion və müsabiqə) iştirak etmək üçün ödənilən iştirak haqqı (hərrac xərcləri) hərrac predmetinin ehtiyat həcmlərinə münasibətdə aşağıdakı qaydada (lot üzrə) müəyyən edilib:

- ehtiyat həcmi 200 000 kubmetrədək - 540 manat,

- ehtiyat həcmi 200 000 kubmetrdən 500 000 kubmetrədək - 810 manat,

- ehtiyat həcmi 500 000 kubmetrdən yuxarı olduqda – 1 080 manat təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi