Azərbaycanda tikinti materiallarının istehsalı 39 %-ə yaxın artıb

Sənaye
  • 20 iyun, 2024
  • 09:40
Azərbaycanda tikinti materiallarının istehsalı 39 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 523,4 milyon manat dəyərində tikinti materialları istehsal edilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,8 % çoxdur.

Hesabat dövründə tikinti şüşəsi istehsalı 10 % artaraq 4 milyon 314,6 min kv.metrə, tikinti kərpicləri istehsalı 6,6 % artaraq 243,3 min kubmetrə, sement klinkerləri 7,4 % artaraq 1 milyon 538,4 min tona, sement 15,4 % artaraq 1 milyon 632,3 min tona çatıb, əhəng istehsalı 50,6 % azalaraq 12,5 min tona, gips məmulatları istehsalı isə 17 % artaraq 52,4 min tona enib.

Bu ilin iyunun 1-nə ölkədə 1 milyon 430 min kv.metr tikinti şüşəsi, 1,8 min kubmetr tikinti kərpicləri, 266,3 min ton sement klinkeri, 66,7 min ton sement, 5,5 min ton əhəng, 10,2 min ton gips məmulatları ehtiyatı yaranıb.

Son 5 ayda Azərbaycanda tikinti gipsinin istehsalı 35,5 % artaraq 38,2 min ton, sementdən, betondan kərpiclər və oxşar məmumatların istehsalı 3,4 dəfə artaraq 64,1 min ton olub. Bu müddət ərzində ölkədə betondan yığma tikinti konstruksiyalarının istehsalı 22,5 % artaraq 13,6 min kubmetr təşkil edib. Bu müddət ərzində beton istehsalı 34,1 % artaraq 1 milyon 938 min ton, asfalt istehsalı isə 35,3 % artaraq 33,7 min ton təşkil edib.

Bu ilin iyunun 1-nə tikinti gipsinin ehtiyatı 1,8 min ton, sementdən, betondan kərpiclər və oxşar məmumatların ehtiyatı 21,8 min ton təşkil edib. Bu dövrdə ölkədə asfalt istehsalı ehtiyatı isə 0,1 min ton təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti