Azərbaycanda “Jeep” istehsalına başlanılması təxirə salınıb

Sənaye
  • 16 oktyabr, 2021
  • 09:07
Azərbaycanda “Jeep” istehsalına başlanılması təxirə salınıb

Azərbaycanda yolsuzluq avtomobillərinin "Jeep" istehsalına gələn ildən başlanılacaq.

Bunu “Report”a “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundov şirkətlərin adlarını hələ ki açıqlaya bilməyəcəyini bildirib: “Mövcud problemlərə görə, pandemiya ilə əlaqədar olaraq "Jeep" istehsalının həcmləri ilə bağlı danışmaq çətindir, çünki biz bir məsələni planlaşdırırıq, reallıqda isə başqa olur”.

Xatırladaq ki, ölkədə “Jeep” istehsalına 2021-ci ilin mart ayından başlanılması planlaşdırılırdı. Avtomobillərin Neftçala Sənaye Məhəlləsində istehsalı nəzərdə tutulur.

“Azərmaş” ASC 6 avqust 2016-ci il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. İlk olaraq, Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin və “İran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodu qurulub. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25 %-lik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulan zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək.

Hazırda Neftçala Sənaye Məhəlləsində 8 müəssisə fəaliyyət göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti