Azərbaycan avtomobil istehsalını 11 % artırıb

Sənaye
  • 14 sentyabr, 2022
  • 09:13
Azərbaycan avtomobil istehsalını 11 % artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 332,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı isə 38,5 % artıb.

2022-ci ilin yanvar-avqust aylarında 1 389 ədəd və ya 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 139 ədəd və yaxud 11,1 % çox minik avtomobili istehsal olunub. Bu il sentyabrın 1-nə ölkədə 229 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 404 ədəd traktor istehsal edilib. Bu, 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 6,5 % azdır. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 27 ədəd hazır məhsul ehtiyatı yaranıb.

44 filmi