"Azəralüminium” ASC sağlamlaşdırılacaq

"Azəralüminium” ASC sağlamlaşdırılacaq “Azəralüminium”un əmək qabiliyyətini itirmiş işçilərinə yeni qaydada aylıq müavinət veriləcək
Sənaye
9 Aprel , 2021 13:47
Azəralüminium” ASC sağlamlaşdırılacaq

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəralüminium” ASC restrukturizasiya ediləcək və sağlamlaşdırılacaq (borcların silinməsi daxil olmaqla).

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında bildirilib.

Sərəncama əsasən, cəmiyyətin restrukturizasiyasını və sağlamlaşdırılmasını (borcların silinməsi daxil olmaqla), habelə yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaqla alüminium sənayesini inkişaf etdirmək, alüminium istehsalını artırmaq, bu sahənin rəqabət qabiliyyətini və ixrac imkanlarını genişləndirmək üçün dövlət-özəl tərəfdaşlığı əsasında investisiyaların cəlb edilməsi üçün təkliflər hazırlanaraq üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.

Bununla yanaşı, sərəncamda “Azəralüminium”un əmək qabiliyyətini itirmiş işçilərinə yeni qaydada aylıq müavinət verilməsi məsələsi də öz əksini tapıb.

Sərəncamda qeyd olunub ki, səhmdar cəmiyyətinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla, məbləğin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi