“Avşanclı-1” mədən yatağında hasilatın başlanılacağı vaxt məlum oldu

“Avşanclı-1” mədən yatağında hasilatın başlanılacağı vaxt məlum oldu Hazırda "Anglo-Asian Mining Plc." şirkəti Azərbaycan hökuməti ilə ölkədə yeni güzəştlərin əldə edilməsi ilə bağlı müzakirələr aparır
Sənaye
21 May , 2021 13:08
“Avşanclı-1” mədən yatağında hasilatın başlanılacağı vaxt məlum oldu

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Avşanclı-1” yatağında hasilata başlamağa hazırlaşır.

“Report”un məlumatına görə, bu barədə Britaniya şirkətinin 2020-ci ilin yekunları ilə bağlı açıqladığı hesabatda deyilir.

Hesabata əsasən, ehtimal edilir ki, bu ilin sonlarında və ya gələn ilin əvvəlində “Avşanclı-1” yatağının mərkəzi ərazisindəki kiçik bir açıq karxanada hasilat işlərinə başlanılacaq.

Məlumatda qeyd edilir ki, hazırda şirkət Azərbaycan hökuməti ilə ölkədə yeni güzəştlərin əldə edilməsi ilə bağlı müzakirələr aparır.

"Anglo-Asian Mining Plc." şirkəti ümid edir ki, yaxın gələcəkdə səhmdarlarına bu barədə daha geniş və ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur.

Sazişdə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc" isə 49% -ə sahibdir. İlk qızıl hasilatı (Gədəbəy yatağında) 2009-cu ildə başlamışdır. Gedabek, inteqrasiya edilmiş mədənlər olan açıq karxana mədənidir. Şirkət ayrıca Qədir və Gədəbəy yataqlarından 50 km aralıda yerləşən Qoşa yeraltı mədənində və yeni kəşf olunan Uğur yatağında hasilatla da məşğul olur.

Son xəbərlər

Orphus sistemi