Agentlik rəsmisi: "Gələn il Ağdam Sənaye Parkında yer qalmayacaq"
Sənaye
- 15 oktyabr, 2024
- 11:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdam Sənaye Parkının ərazisinin 60 %-i dolub.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Biznes layihələrin təhlili şöbəsinin rəhbəri Aqşin İbişsoy Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
"Bu sənaye parkına maraq böyükdür. Gələn il orada yer qalmayacaq", - deyə o qeyd edib.
Agentlik rəsmisi həmçinin deyib ki, bu günlərdə Ağdam Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayıb: "Həmin müəssisələr Parka ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırıb, ilkin mərhələdə 150-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə iş yerlərinin sayının 456-ya çatdırılması nəzərdə tutulur".
Son xəbərlər
20:55
Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir - yenilənib
Xarici siyasət
20:54
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Digər ölkələr
20:49
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub
Futbol
20:47
Foto
İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb
Xarici siyasət
20:25
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək
Region
19:57
Foto
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb
Digər ölkələr
19:44
"İmişli"dən ayrılan Fərid Namazov: "Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq"
Futbol
19:35
Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir
Xarici siyasət
19:32
Anar Kərimov IMF və Dünya Bankı Qrupunun İllik Toplantılarında iştirak edir
Maliyyə