Yuxarı

Xəstəxanalara müraciət edənlərin sığortalı olub-olmadığı müəyyənləşəcək

Xəstəxanalara müraciət edənlərin sığortalı olub-olmadığı müəyyənləşəcə

Tibb müəssisələrinin fəaliyyətlərinin elektronlaşdırılması məqsədi daşıyan proqram təminatı vasitəsilə xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatı aparılacaq.

Bu barədə “Report”a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Burada vətəndaşın müraciət etdiyi şöbələr, pasiyentə xidmət göstərən həkimlər, ona təyin olunan müayinə və müalicələr (ambulator və stasionar) barədə məlumatlar öz əksini tapacaq.

Həmçinin proqram təminatı vasitəsilə xəstəxanaya müraciət edən şəxsin sığortalı olub-olmamasını da müəyyən etmək mümkün olacaq.

Proqramda qeyd olunan diaqnozlar və laborator xidmətlərin elektron olması isə tibbi ekspertizanın aparılmasına imkan yaradacaq.

Qeyd edək ki, tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlim keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi