Bakıda 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilib

Bakıda 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilib Bu gün Bakıda işə başlamış 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (“WorldFood Azerbaijan 2019”) dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət geniş çeşidli qida məhsullarını və bu sahədə ən son innovativ yeniliklərini nümayiş etdirirlər.
Sağlamlıq
15 May , 2019 16:44
Bakıda 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilib

Bu gün Bakıda işə başlamış 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (“WorldFood Azerbaijan 2019”) dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət geniş çeşidli qida məhsullarını və bu sahədə ən son innovativ yeniliklərini nümayiş etdirirlər.

"Report" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, Agentliyin sədri Qoşqar Təhməzli sərginin açılış mərasimində çıxış edib. O, bildirib ki, "WorldFood Azerbaijan 2019” qida sənayesi üzrə avadanlıqların, müasir texnologiyaların, məhsul və xidmətlərin nümayiş olunduğu, qarşılıqlı əməkdaşlığın qurulduğu və biznes tərəfdaşları ilə mövcud əlaqələrin daha da möhkəmləndiyi, yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi özünü doğruldub. 

Q.Təhməzlinin sözlərinə görə, rəhbərlik etdiyi qurum fəaliyyətə başladığı ilk ildən etibarən "WorldFood Azerbaijan" qida sənayesi üzrə ixtisaslaşmış sərgidə iştirak edib və Agentliyin təqdim etdiyi ilk stend sərgi iştirakçılarının böyük marağına səbəb olub. Bu il Qida Təhlükəsizliyi Agentliyi ikinci dəfə sərgidə öz stendi ilə iştirak edəcək. Sərgidə Agentlik üçün ayrılmış ərazidə qida sahəsində həyata keçirilən innovativ yeniliklər, bu sahədə istifadə edilən ən müasir laborator avadanlıqlar sərgi iştirakçılarına təqdim edilir.

Qida Təhlükəsizliyi Agentliyininə məxsus bu ilki guşədə sərgi iştirakçıları müxtəlif qida məhsullarında təhlükəsizlik göstəricilərinin təyin edilməsini əyani şəkildə izləmək imkanı əldə edirlər. Eyni zamanda mütəxəssislər tərəfindən qida sahəsində böhran vəziyyətlərinin idarə edilməsinin, ixrac potensialı yüksək olan və daxili bazarda yoxlamalar zamanı ən çox saxtakarlığa məruz qalan məhsulların laborator müayinələrinin nümayişi həyata keçirilir.

Bu il həmçinin sərginin Agentlik üçün ayrılmış çöl sahəsində iştirakçılara Qafqazda ilk dəfə olaraq 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilir. Bu laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək 2-3 saat ərzində xəstəliyin aşkarlanması potensialına malikdir.

Bununla yanaşı, sərgidə iştirakçılara Səyyar Baytar Laboratoriyası da təqdim olunacaq. Laboratoriya xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostik müayinəsi üçün zəruri avadanlıqlarla təchiz edilmişdir. Bu səyyar laboratoriya vasitəsilə ölkənin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsi, xəstəliyin zamanında aşkarlanması mümkündür.

Sərgidə həmçinin Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün təklif edilən xidmətlər təqdim edilir. Eyni zamanda bu ilki sərgidə B2B formatında görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, sərgi çərçivəsində sabah Bakıda Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi