Azərbaycanda koronavirusun daha çox hansı bölgələrdə yayıldığı açıqlandı

Azərbaycanda koronavirusun daha çox hansı bölgələrdə yayıldığı açıqlandı Azərbaycanda yoluxma halları arasında faiz göstəriciləri Bakı üzrə 45.3, Gəncə-Qazax üzrə 14.1, Lənkəran üzrə 10 faiz təşkil edir.
Sağlamlıq
6 May , 2020 17:19
Azərbaycanda koronavirusun daha çox hansı bölgələrdə yayıldığı açıqlandı
0 : 00
0 : 00

"Azərbaycanda yoluxma halları arasında faiz göstəriciləri Bakı üzrə 45.3, Gəncə-Qazax üzrə 14.1, Lənkəran üzrə 10 faiz təşkil edir".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Agentlik sədri qeyd edib ki, həmin ərazilər narıncı zona elan edilib və orada karantin qaydalarına ciddi riayət edilmir: "Bakı üzrə ən çox yoluxma halı Yasamal və Sabunçu rayonları üzrə qeydə alınıb. Adları sadalanan yerlərdə bir nəfər çox sayda adamı yoluxdurduğuna görə yeni ocaqlar yaranırdı".

Z.Əliyev vurğulayıb ki, 27 aprel-3 may tarixləri arasında ölkədə 287 yoluxma, 302 sağalan olub, 4 nəfər ölüb: "Yoluxanlar əsasən 50-59 yaş arası olanlardır".

Son xəbərlər

Orphus sistemi