Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində köçəri quşların miqrasiya marşrutlarının yerləşdiyi və havaların dəyişkənliyi nəzərə alınaraq ev quşları arasında, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında immunoloji fonun müəyyən olunması məqsədi ilə epizootoloji monitorinqlər keçirilib.
AQTA-dan “Report”a verilən məlumata görə, monitorinqlər 27-30 noyabr tarixlərində Bakı şəhəri, Abşeron, Xaçmaz, Neftçala, Salyan və Ağcabədi rayonlarında aparılıb.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasının, Bərdə, Salyan, Sabirabad və Quba regional sınaq laboratoriyalarının, Azərbaycan Respublikasının