Xocalıda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayacaq

Xocalıda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayacaq Bu günlərdə Xocalı Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə (ASM) başlayacaq.
Sağlamlıq
6 Noyabr , 2024 16:22
Xocalıda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayacaq

Bu günlərdə Xocalı Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə (ASM) başlayacaq.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, tibb məntəqəsi 16 otaqdan ibarətdir.

Hazırda tibbi xidmətin təşkili, tibbi avadanlıqlarla və dərman vasitələri ilə təchizat, həkim briqadalarının təhkim edilməsi üzrə fəaliyyət təmin olunur.

Məlumat üçün bildirək ki, işğaldan azad edilən bölgələrə dövlət qurumlarında, təmir-tikinti şirkətlərində çalışan və köç edən vətəndaşlara, eləcə də hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərə və ailələrinə keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün TƏBİB tərəfindən ailə sağlamlıq mərkəzləri, modul tipli xəstəxana və poliklinikalar yaradılıb. Hazırda Ağalı, Cəbrayıl, Laçın, Talış, Füzuli, Hadrut ASM-ləri, Ağdam, Şuşa, Zəngilan modul tipli xəstəxanaları, Xankəndi xəstəxanaları fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi