Xəstəxanaya yerləşdirilən kinorejissora qan köçürülüb, vəziyyəti stabil-ağırdır

Xəstəxanaya yerləşdirilən kinorejissora qan köçürülüb, vəziyyəti stabil-ağırdır Əməkdar artist, kinorejissor Elxan Qasımovun son durumu açıqlanıb.
Sağlamlıq
12 may 2023 07:42
Xəstəxanaya yerləşdirilən kinorejissora qan köçürülüb, vəziyyəti stabil-ağırdır

Əməkdar artist, kinorejissor Elxan Qasımovun son durumu açıqlanıb.

Sənətçinin qızı Kəmalə Qasımova “Report”a bildirib ki, atasının vəziyyəti stabil-ağır olaraq qalır.

Onun sözlərinə görə, E.Qasımova qan köçürülüb: “Müalicəsi davam edir. Cüzi irəliləyiş var, amma tam proqnoz vermək mümkün deyil. Həkimlər hələ dəqiq söz deyə bilmir”.

Qeyd edək ki, 78 yaşlı Əməkdar artist bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi