"West Hospital"ın həkimləri sosial xidmət müəssisəsinin sakinlərini müayinə edib

"West Hospital"ın həkimləri sosial xidmət müəssisəsinin sakinlərini müayinə edib Bakının Sabunçu rayonu, Bilgəh Qəsəbəsində yerləşən “Qocalar Evi”nin sakinləri ziyarət olunub.
Sağlamlıq
2 Dekabr , 2022 14:28
West Hospitalın həkimləri sosial xidmət müəssisəsinin sakinlərini müayinə edib

Bakının Sabunçu rayonu, Bilgəh Qəsəbəsində yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ziyarət olunub.

"Report" xəbər verir ki, ziyarət "West Hospital"ın tibbi heyəti tərəfindən həyata keçirilib.

Ziyarətdə qeyd edilib ki, böyüklərə, yaşlılara və qocalara hörmət Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı nəcib əxlaqi keyfiyyətlərdən biridir.

Buna görə də "West Hospital" 1 yaşını dekabrın 1-də sosial xidmətlər müəssisəsində buranın sakinləri ilə birlikdə keçirmək qərarına gəlib və tibbi heyət bundan böyük məmnunluq hissi duyduğunu bildirib.

Hospitalın həmrəylik əlaməti olaraq atdığı bu humanist addım müəssisədə məskunlaşan ahıllar tərəfindən də təqdir olunub.

Belə ki, hospitalın peşəkar həkim kollektivi səhhətində şikayəti olan pasiyentləri müayinə edib və onlara zəruri tibbi müdaxilələr edərək vacib tövsiyələr veriblər.

Sonda "West Hospital"ın kollektivi müəssisədə yaşayan bütün insanlara möhkəm cansağlığı arzulayıb və onların arzularının reallaşmasını diləyib.

Son xəbərlər

Orphus sistemi