ÜST-ün nümayəndə heyəti koronavirusun ilk aşkarlandığı bazara gedib

ÜST-ün nümayəndə heyəti koronavirusun ilk aşkarlandığı bazara gedib Çinə gələn Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti COVID-19-un mənşəyinin müəyyənləşdirilməsi üçün Uhanın dəniz məhsulları bazarında tədqiqat aparıb.
Sağlamlıq
31 Yanvar , 2021 20:56
ÜST-ün nümayəndə heyəti koronavirusun ilk aşkarlandığı bazara gedib

Çinə gələn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti COVID-19-un mənşəyinin müəyyənləşdirilməsi üçün Uhanın dəniz məhsulları bazarında tədqiqat aparıb.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ekspertlər tədqiqat işlərinin üçüncü günü bazarda koronavirusun yayılmasının səbəblərini müəyyənləşdirməyə çalışırlar.

Nümayəndə heyəti həmçinin COVID-19-un erkən nümunələrinın yığıldığı muzeyə də baş çəkib.

Mütəxəssislər COVID-19-un mənşəyinin müəyyənləşdirillməsi məqsədilə Uhandakı "Szinintan" xəstəxanasında və Hubeydəki hospitalda da tədqiqatlar aparıblar.

ABŞ, Avstraliya, Almaniya, Yaponiya, Böyük Britaniya, Rusiya, Niderland, Qətər, Vyetnamdan olan ekspertlər və tədqiqatçılardan ibarət nümayəndə heyəti Uhana yanvarın 14-də xüsusi təyyarə ilə gəlib.

İngilis versiyası WHO delegation visits Wuhan

Son xəbərlər

Orphus sistemi