“COVID-19 pandemiyasının üçüncü dalğasının başlanması insanların davranışından asılı olacaq”.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
"İkinci dalğa. Bəli, indi bütün dünyada onun azalması görünür. Lakin kifayət qədər kollektiv immunitet, baryer hələ yoxdur. Əgər ehtiyatlı olmasaq, bəli, üçüncü dalğa mümkündür”, - Vuynoviç deyib.
O, bununla yanaşı, koronavirus pandemiyasının nə vaxt bitəcəyi barədə proqnoz verməyib.
ÜST nümayəndəsinin görə, bu barədə dünyanın bütün bölgələrində eyni vaxtda xəstələrin sayının epidemioloji həddən aşağı səviyyəyə düşəcəyi və səhiyyə sisteminə koronavirusla əlaqədar yüklənmənin onun normal işinə mane olmayacağı vaxt danışmaq olar.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.