ÜST Azərbaycana təşəkkür edib

ÜST Azərbaycana təşəkkür edib Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) COVID-19 pandemiyasına qarşı qlobal səviyyədə mübarizə aparan ölkələrə və təşkilatlara təşəkkürünü bildirib
Sağlamlıq
23 Fevral , 2021 11:29
ÜST Azərbaycana təşəkkür edib

Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) COVID-19 pandemiyasına qarşı qlobal səviyyədə mübarizə aparan ölkələrə və təşkilatlara təşəkkürünü bildirib.

"Report" xəbər verir ki, COVID-19 pandemiyasının bütün dünyada geniş yayıldığı bir vaxtda ÜST və onun tərəfdaşları dünya ölkələrinə bu pandemiyaya qarşı mübarizədə öz dəstəklərini davam etdirirlər.

ÜST COVID-19 pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə töhfə verən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını ifadə edən məlumat yayıb. Yayılan məlumatda bir çox donor təşkilatların və hökumətlərin dəstəyi sayəsində həyata keçirilən tədbirlər geniş şəkildə qeyd olunur. Təşəkkür bildirilən ölkələr sırasında Azərbaycanın da adı var.

ÜST bildirir ki, donorların və tərəfdaşların dəstəyi olmadan pandemiyaya qarşı mübarizədə həmin ölkələrə kömək mümkünsüz olardı. ÜST koronavirusla qlobal səviyyədə mübarizəyə töhfə verən, xüsusilə də bu virusa qarşı hərtərəfli mübarizə aparmaq məqsədilə çevik həllər təklif edən bütün hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını bildirir.

Adıçəkilən siyahıda Azərbaycanla yanaşı bir sıra ölkə, həmçinin Afrika İnkişaf Bankı, Bill və Melinda Qeyts Fondu, Amerikalararası İnkişaf Bankı (İİB), İslam İnkişaf Bankı, OPEC, Beynəlxalq İnkişaf Fondu (OFID), “Standard Chartered” bankı, BMT-nin Humanitar məsələlərin koordinasiya ofisi, BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Əhali Fondu (BMTƏF), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Bankı kimi təşkilatlar qeyd olunub.

Son xəbərlər

Orphus sistemi