"Araz Supermarket"in 20 ton soğanı yararsız çıxdı - YENİLƏNİB

"Araz Supermarket"in 20 ton soğanı yararsız çıxdı - YENİLƏNİB Soğanlarda qara kiflilik aşkarlanıb
Sağlamlıq
25 Fevral , 2021 16:10
Araz Supermarketin 20 ton soğanı yararsız çıxdı - YENİLƏNİB

"Araz" supermarketlər şəbəkəsi məsələ ilə bağlı açıqlama verib.

"Report"a daxil olan açıqlamada deyilir ki, bu ilin yanvar ayında tərəfimizdən Ukraynadan soğan idxal olunub:

"Bildiyiniz kimi ölkəyə idxal olunmuş məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq yoxlanışlardan keçəndən sonra satışa çıxarılır. O cümlədən tərəfimizdən idxal olunmuş soğandan, satışa çıxarılmamışdan əvvəl nümunələr götürülərək müayinə edilmiş və müayinələr nəticəsində məhsulda qara kiflilik aşkarlanb. AQTA nümayəndələrinin iştirakı ilə "Araz" supermarketlər şəbəkəsi tərəfindən məhsul məhv edilib. Xüsusi olaraq bildirmək istərdik ki, "Araz" supermarketlər şəbəkəsində satılan meyvə-tərəvəz əsasən yerli məhsuldur".

11:27

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

"Report" xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri zamanı Agentliyin müfəttişləri tərəfindən "Araz Supermarket" MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 20,58 ton soğan məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində soğan məhsullarında karantin tətbiq edilməyən zərərli orqanizm Aspergillus niger (qara kiflilik) aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi