Təyyar Eyvazov: Azərbaycanda epidemioloji durum qənaətbəxş hesab edilir

Təyyar Eyvazov: Azərbaycanda epidemioloji durum qənaətbəxş hesab edilir Azərbaycanda epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır.
Sağlamlıq
22 Avqust , 2024 11:40
Təyyar Eyvazov: Azərbaycanda epidemioloji durum qənaətbəxş hesab edilir
Təyyar Eyvazov

Azərbaycanda epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, yeni koronavirus infeksiyası vaxtaşırı dalğalanmalar ilə təzahür edir:

"Hazırda istər bizə qonşu, istərsə də ABŞ-da və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar. Bu ölkələrdə yayılan Omikron ştamının alt növləridir ki, onlar da sürətli yoluxuculuğuna baxmayaraq əksərən yüngül formalı xəstələnməyə səbəb olurlar. Azərbaycana gəldikdə onu demək olar ki, vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir. Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır".

O vurğulayıb ki, bu infeksiyadan qorunma tədbirləri digər hava-damcı infeksiyaları zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir:

"Xüsusi olaraq risk qrupuna daxil olan insanların (hamilə qadınlar, immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahıl şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur".

Son xəbərlər

Orphus sistemi