Tərtərdə çoban minaya düşüb, ayaqları amputasiya olunub

Tərtərdə çoban minaya düşüb, ayaqları amputasiya olunub Tərtərdə qoyun otararkən minaya düşən Elnur Həsənovun vəziyyəti açıqlanıb.
Sağlamlıq
9 Aprel , 2022 14:11
Tərtərdə çoban minaya düşüb, ayaqları amputasiya olunub

Tərtər rayonunda qoyun otaran şəxs minaya düşüb.

“Report”un xəbərinə görə, hadisə aprelin 9-da rayonun Həsənqaya kəndi ərazisində baş verib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova “Report”a bildirib ki, Goranboy rayonu Xoylu kəndi sakini 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu hər iki baldırın orta 1/3 hissəsinin travmatik amputasiyası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

O qeyd edib ki, xəstə həyatı göstərişlə əməliyyata qəbul olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report" bildirilib ki, Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan E.Həsənov piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi