TƏBİB Zəfər Qurultayına görə gücləndirilmiş iş rejiminə keçib

TƏBİB Zəfər Qurultayına görə gücləndirilmiş iş rejiminə keçib TƏBİB Zəfər Qurultaya görə gücləndirilmiş iş rejiminə keçib.
Sağlamlıq
22 Aprel , 2022 18:52
TƏBİB Zəfər Qurultayına görə gücləndirilmiş iş rejiminə keçib

TƏBİB Zəfər Qurultayına görə gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və 1000-dən çox qonağın iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultaynın iştirakçılarını zərurət yarandıqda tibbi xidmətlərlə təmin etmək üçün TƏBİB-in ərazi tibbi müəssisələri tədbir müddətində gücləndirilmiş iş rejimində çalışacaq. Hazırda Şuşa Modul Xəstəxanası 24 saat xidmət göstərməkdədir.

Eyni zamanda, tam təchiz olunmuş Təcili və Təxirəsalınmaz Yardım birqadaları (16 briqada) tədbirin keçirildiyi məkana, qonaqların yerləşdirildiyi mehmanxanalara və Füzuli Mərkəzi Xəstəxanasına cəlb olunub.

Tədbir iştirakçılarından “COVlD-19” üzrə PZR test nümunələrinin götürülməsi də TƏBİB tərəfindən təmin edilib.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov tibbi xidmətlərin təşkili ilə bağlı vəziyyətlə yerində tanış olmaq üçün Şuşada səfərdədir.

Son xəbərlər

Orphus sistemi