TƏBİB: “Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”

TƏBİB: “Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər” “Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”.
Sağlamlıq
27 May , 2022 17:48
TƏBİB: “Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”

“Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, bu, daha çox dəri səthindəki səpgilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər: “Həmçinin xəstəliyi çox ağır keçirənlər arasında ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.

Şöbə müdiri bildirib ki, bu virusun yayılmış iki alt tipi var: "Qərbi və Mərkəzi Afrika tipləri. Bunlardan birinin öldürücülüyü heç bir faiz olmadığı halda digərində 6-11 faiz təşkil edir".

Son xəbərlər

Orphus sistemi