Jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb - YENİLƏNİB

Jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb - YENİLƏNİB Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səy
Sağlamlıq
12 Yanvar , 2024 13:38
Jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb - YENİLƏNİB

Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.

TƏBİB-dən "Report"a verilən məlumata görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

12.03

Jurnalist Səbuhi Məmmədli bu gün saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

TƏBİB-dən "Report"a verilən məlumata görə, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd olunub ki, kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.

Son xəbərlər

Orphus sistemi