TƏBİB işçi axtarır

TƏBİB işçi axtarır İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə məsləhətçi, koordinator və baş mütəxəssis vəzifələri üzrə vakansiya elan
Sağlamlıq
10 May , 2022 17:45
TƏBİB işçi axtarır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə məsləhətçi, koordinator və baş mütəxəssis vəzifələri üzrə vakansiya elan edib.

Agentlikdən "Report"a verilən məlumata görə, vakansiyalara son müraciət tarixi mayın 25-i müəyyən edilib.

CV-lər [email protected] ünvanına göndərilməlidir. Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə məsləhətçi”, “İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə mütəxəssis” və “İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə koordinator” yazaraq göndərmələri xahiş olunur. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi