Sumqayıt Tibb Mərkəzində ilk dəfə endoprotez əməliyyatı icra olunub

Sumqayıt Tibb Mərkəzində ilk dəfə endoprotez əməliyyatı icra olunub Sumqayıt Tibb Mərkəzində tibbi xidmət çeşidlərinin artırılması istiqamətində növbəti addım atılıb.
Sağlamlıq
7 İyun , 2024 11:58
Sumqayıt Tibb Mərkəzində ilk dəfə endoprotez əməliyyatı icra olunub

Sumqayıt Tibb Mərkəzində tibbi xidmət çeşidlərinin artırılması istiqamətində növbəti addım atılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzin direktoru Elnur Azadxanov bildirib.

O qeyd edib ki, bu gün 2 nömrəli Xəstəxanada ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb:

“Qadın pasiyent üzərində həyata keçirilən sağ diz oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində baş tutub.

Əməliyyat travmatoloq-ortopedlər Fuad Ağayev və Bəxtiyar Əliyev tərəfindən həyata keçirilib. Bu tip cərrahi ortopedik əməliyyatların başlanılması endoprotezləşmə üçün digər müəssisələrə yönəldilməni, əməliyyatlar üçün növbələri aradan qaldırmaqla, dövlət müəssisəsində həm Sumqayıt, həm də ətraf rayon, şəhər əhalisinin xidmətə əlçatanlığını təmin edəcək”.

Son xəbərlər

Orphus sistemi