Sumqayıt Tibb Mərkəzi bir ayda 440 minə yaxın tibbi xidmət göstərib

Sumqayıt Tibb Mərkəzi bir ayda 440 minə yaxın tibbi xidmət göstərib Sumqayıt Tibb Mərkəzində oktyabr ayı ərzində 440 minə yaxın tibbi xidmət göstərilib.
Sağlamlıq
27 Noyabr , 2023 18:17
Sumqayıt Tibb Mərkəzi bir ayda 440 minə yaxın tibbi xidmət göstərib

Sumqayıt Tibb Mərkəzində oktyabr ayı ərzində 440 minə yaxın tibbi xidmət göstərilib.

"Report"un yerli bürosu xəbər verir ki, bunu TƏBİB-in tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin (STM) 2023-cü ilin oktyabr ayı ərzində şəhər əhalisinə göstərilən xidmətlərin statistikası sübut edir.

STM-nin tabeliyində olan tibb müəssisələrinə oktyabr ayı ərzində əhali tərəfindən 139 min 201 müraciət qeydə alınıb. Bu müraciətlərdən 136 min 20 ambulator, 3 min 181 isə stasionar müraciətlərdir.

Xidmətlərə gəldikdə, bu müddət ərzində əhaliyə 439 min 306 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 343 min 707 ambulator, 95 min 599 isə stasionardır.

Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Son xəbərlər

Orphus sistemi