Azərbaycan Avstriyaya fındıq ixracını bərpa edib
- 26 oktyabr, 2026
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 105,48 milyon ABŞ dolları dəyərində 9 min 572 ton meşə fındığı ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19,5 % çox, kəmiyyət olaraq – 22 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 46,79 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 25 % çox) 5 min 115 ton (-12 %), İtaliyaya 27,67 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 2 min ton (+65 %), Almaniyaya 17,15 milyon ABŞ dolları dəyərində (+4,5 %) 1 min 143 ton (-42 %), İsveçrəyə 4,73 milyon ABŞ dolları dəyərində (-4,3 %) 320 ton (-43 %), Suriyaya 2,65 milyon ABŞ dolları dəyərində 274 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.
Azərbaycan 9 il 10 aylıq fasilənin ardından Avstriyaya tədarükü (24,6 min ABŞ dolları dəyərində 2,33 ton) bərpa edib.