“Müəyyən vaxtdan sonra təbii ki, pandemiya bitəcək. Koronavirus həyatımızın bir parçası kimi qalacaq. Sadəcə COVID-19 mutasiyaya uğrayaraq xəstəlik törətmək qabiliyyətini zəiflədəcək. Bu da baş verir”.
"Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, koronavirusa yoluxma sayları çox olsa da, yüngül keçirilməsi sevindiricidir:
“Ümid edirik ki, müəyyən vaxtdan sonra koronavirus daha yüngül virusa çevriləcək. Beləliklə pandemiya endemik ocaqlarda olan xəstəlik hallarında bu və ya digər vaxtlarda alovlana bilər. Necə ki, digər infeksiyalar zamanı bu kimi qoruyucu tədbirləri davamlı görəcəyik, onda da tədbirlərimiz sona çatacaq. İnanıram ki, bu dövr yaxın vaxtlarda olacaq. Ən azından biz bunu arzulayırıq”.