“İçməli su, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” Milli Dövlət Standartı hazırlanıb. İşçi qrupu da yaradılıb, suda kimyəvi maddələr, bakteroloji və digər göstəricilər araşdırılıb”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin aparıcı məsləhətçisi Leyla Tağızadə deyib.
Nazirlik rəsmisi bildirib ki, həmin standartlar Avropa standartlarına uyğunlaşdırılıb.
L.Tağızadə əlavə edib ki, Azərbaycanda suda orqanik keyfiyyət çox vaxt yaxşı olmur: “Hazırda ölkənin 26 rayonunun 483 kəndində lokal təmizləyici qurğular fəaliyyət göstərir. Hazırda 13 rayonda mərkəzləşdirilmiş su təchizatı təmin olunub. Ölkədə suyun keyfiyyəti yaxşıdır. Su ilə bağlı bir sıra infeksion xəstəliklər qeydə alınmayıb”.