Qobustanda ÜST və UNICEF-in immunlaşdırma kampaniyası çərçivəsində yüzdən çox uşaq peyvənd olunub

Qobustanda ÜST və UNICEF-in immunlaşdırma kampaniyası çərçivəsində yüzdən çox uşaq peyvənd olunub Qobustan rayonunda Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) keçirdiyi immunlaşdırma kampaniyası çərçivəsində yüzdən çox uşaq peyvənd olunub.
Sağlamlıq
26 Aprel , 2023 14:35
Qobustanda ÜST və UNICEF-in immunlaşdırma kampaniyası çərçivəsində yüzdən çox uşaq peyvənd olunub

Qobustan rayonunda Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) keçirdiyi immunlaşdırma kampaniyası çərçivəsində yüzdən çox uşaq peyvənd olunub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbir Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Belə ki, immunlaşdırma kampaniyası çərçivəsində pediatr və vaksinatorlar üçün təlimlər, həmçinin uşaqlarına peyvənd vurdurmaqla bağlı tərəddüd edən valideynlərin iştirakı ilə konfrans keçirilib.

Qobustan Rayonun Mərkəzi Xəstəxanasında baş tutan tədbirdə “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında təşkil edilib.

Bu konfrans zamanı Qobustanda həkim-pediatr Aytən Ziyadova tərəfindən valideynlərə uşaqların vaxtında peyvənd olunmasının əhəmiyyəti haqqında məlumat verilib və daha sonra yüzdən çox peyvəndləmədən kənarda qalan uşaq yerindəcə peyvənd olunub.

Konfransda UNİCEF-in Azərbaycandakı nümayəndəsi Alex Haykens, Qobustan İcra hakimiyyətinin, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in nümayəndələri, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru və digər səlahiyyətli şəxslər iştirak edib.

Qeyd edək ki, əhali arasında maarifləndirməni gücləndirmək məqsədi ilə bütün vaksinasiya məntəqələri uşaq peyvəndləri ilə bağlı çeşidli maarifləndirici materiallar ilə təmin edilib. Növbəti belə tədbirlər Yevlax, Mingəçevir və Göygöl rayonlarında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi