Psixoloq məsləhəti: "Uşaqlarda autizmi vaxtında ayırd edin"

Psixoloq məsləhəti: "Uşaqlarda autizmi vaxtında ayırd edin"
Sağlamlıq
3 İyul , 2019 13:54
Psixoloq məsləhəti: Uşaqlarda autizmi vaxtında ayırd edin

“Uşaqlarda autizm vaxtında təsbit olunsa, müalicəsi də daha səmərəli olar. Müalicə tədbirləri daha çox təlim və sosiallaşmaya yönəlməlidir”.

Bu barədə “Report”a psixoloq Leyla Əli bildirib.

O deyib ki, autistik spektr pozuntusu, yaxud autizm insanın topluma uyğunlaşma, nitq, psixi inkişaf pozuntusu ilə bağlı xəstəlikdir: "Autist uşaqlar dost qazanmağa meylli olmur, başqa uşaqlarla oynamağı yox, tək qalmağı üstün tuturlar". 

Mütəxəssis autizmə tutulan uşaqlar arasında oğlanlar qızlardan təqribən dörd dəfə çox olduğunu qeyd edib: “Bəzən autizmin əlamətləri körpə yaşda özünü göstərsə də, daha çox üç yaşa yaxın ifadə olunmağa başlayır”.

Leyla həkimin sözlərinə görə, üç aylıqdan tutmuş iki yaşlı uşaqların valideynləri aşağıdakı pozuntu əlamətlərinə diqqət yetirməlidir:

  • -Uşaq göz içinə baxmır, nəzərini yayındırır
  • -Uşaq özü haqqında ikinci, üçüncü sifətdə (sən, o) danışır
  • -Uşaq ayrı-ayrı söz və cümlələri aramsız təkrar edir
  • -Uşaq ilk sözlərini tələffüz etdikdən sonra nitqi itib
  • -Uşaq sözləri tələffüz etmək əvəzinə mələyir
  • -Uşaq oyuncalqra maraq göstərmir
  • -Uşaq yaşıdlarına meyl göstərmir, onlarla oynamır
  • -Uşaq tənhalaşır, valideynlərinə məhəl qoymur, xahişlərə və çağırışlara cavab vermir
  • -Uşaq başını, qollarını titrədir, yellənir
  • -Uşaq əlilə öz üzünə vurur
  • -Uşaq tanımadığı şəxslərdən çəkinir, qorxur
  • -Uşaq səslərdən ürkür, diksinir.

“Psixoloq, loqoped, pedaqoq dəvət etməklə nə qədər tezdən müalicə tədbirlərinə başlansa, uşağın gələcəkdə toplumda yerini tapması bir o qədər çox ehtimal olunur”, – ekspert vurğulayıb.

Son xəbərlər

Orphus sistemi