Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov müalicəsini öz istəyilə Türkiyədə davam etdirəcək.
Bu barədə “Report”un sorğusuna cavab olaraq “Liv Bona Dea Hospital”dan bildirilib.
Qeyd olunub ki, tibb müəssisəsində müalicə alan PFL prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin vəziyyəti yaxşıdır: "Elxan Səmədov müalicəsini öz istəyilə Türkiyədə davam etdirəcək".
Xatırladaq ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.