Sentyabr ayında 22 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bir aptekdə nöqsan aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib.
"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaranarsa Analitik Ekspertiza Mərkəzinə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in “Bir pəncərə” sektoruna müraciət edə və ya “qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in