Najat Moxtar: Səhiyyəyə investisiyalar insan kapitalına qoyulan sərmayələrdir

Najat Moxtar: Səhiyyəyə investisiyalar insan kapitalına qoyulan sərmayələrdir Səhiyyəyə investisiya qoymaq lazımdır, çünki bu, insan kapitalına sərmayə qoymaq deməkdir.
Sağlamlıq
15 Mart , 2024 16:11
Najat Moxtar: Səhiyyəyə investisiyalar insan kapitalına qoyulan sərmayələrdir

Səhiyyəyə investisiya qoymaq lazımdır, çünki bu, insan kapitalına sərmayə qoymaq deməkdir.

“Report” xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktorunun müavini Najat Moxtar XI Qlobal Bakı Forumunda keçirilən panel iclasında deyib.

Onun sözlərinə görə, tibbi vizualizasiya və xərçəng müalicəsinə sərmayə qoymaqla 2030-cu ilə qədər 10 milyard insanın həyatını xilas etmək olar:

“Beləliklə, bu, insan imkanları baxımından çox böyük rəqəmdir. Lakin dünyanın 30 ölkəsində nə tibbi vizualizasiya, nə də xərçəng müalicəsinə dair imkanlar var. Bu o deməkdir ki, ya müalicə almaq üçün başqa ölkəyə getmək üçün imkanınız olmalı, ya da sadəcə ölməyi gözləməlisiniz”.

N.Moxtar qeyd edib ki, insanın nə qədər yaşayacağını doğulduğu yerin müəyyənləşdirdiyini başa düşmək üzücüdür:

“Fikrimcə, bu ədalətsizlikdir. Beynəlxalq maliyyədə vəsaitin cəmi 2 faizi qeyri-infeksion xəstəliklərlə - ürək, şəkərli diabet və xərçənglə mübarizəyə ayrılır”.

Son xəbərlər

Orphus sistemi