Koronavirusun “Britaniya ştammı” gənclər arasında tez yayılır

Koronavirusun “Britaniya ştammı” gənclər arasında tez yayılır Böyük Britaniyada dekabrın ortalarında aşkar edilmiş koronavirusanın yeni mutasiyası Avropanın daha səkkiz ölkəsinə müəyyən edilib.
Sağlamlıq
25 Dekabr , 2020 21:12
Koronavirusun “Britaniya ştammı” gənclər arasında tez yayılır

Böyük Britaniyada dekabrın ortalarında aşkar edilmiş koronavirusanın yeni mutasiyası Avropanın daha səkkiz ölkəsinə müəyyən edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge tvitterdə yazıb.

“Mövcud qoruyucu tədbirləri gücləndirmək həyat üçün vacibdir. Məsafəni qorumaq, maskalar taxmaq və eyni zamanda məhdudlaşdırıcı tədbirlərə riayət etmək lazımdır. Əvvəlkilərdən fərqli olaraq, koronavirusun yeni, “Britaniya ştammı” gənc yaş qrupları arasında yayılma ehtimalı var ”, - o bildirib.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.

ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi