Koronavirusa yoluxub vəfat edən həkimlərlə bağlı açıqlama

Koronavirusa yoluxub vəfat edən həkimlərlə bağlı açıqlama “Koronavirusa yoluxub həyatını itirən tibb işçilərinin xatirəsi bizim üçün əzizdir”.
Sağlamlıq
8 Avqust , 2020 12:20
Koronavirusa yoluxub vəfat edən həkimlərlə bağlı açıqlama

“Koronavirusa yoluxub həyatını itirən tibb işçilərinin xatirəsi bizim üçün əzizdir”.

“Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirusdan vəfat edən həkimlər daha çox ümumi xəstəxanalarda və təcili tibbi yardımda çalışanlar olub: “Bizim üçün müalicə yanaşmasında xəstənin tutduğu vəzifəsi yox, xəstəliyin ağırılıq dərəcəsi önəmlidir. Həkimlər xəstələrlə daha çox təmasda olduqları üçün onlar bu xəstəliyi daha ağır keçirirlər. Onların müalicəsi dövlər rəhbərliyinin və TƏBİB-in daim diqqət mərkəzindədir”.

Son xəbərlər

Orphus sistemi