Koronavirusa xas olan bir xüsusiyyətin izahı verilib

Koronavirusa xas olan bir xüsusiyyətin izahı verilib COVID-19 virusunun insan orqanizmində yalnız müəyyən orqanları zədələməsinin səbəbi bəlli olub.
Sağlamlıq
2805
12 Avqust , 2020 19:47
Koronavirusa xas olan bir xüsusiyyətin izahı verilib

COVID-19 virusunun insan orqanizmində yalnız müəyyən orqanları zədələməsinin səbəbi bəlli olub.

“Report” “Chaos”a istinadən xəbər verir ki, İspaniyanın Zaraqoza Universitetinin tədqiqatçıları koronavirusa qarşı həssas olan ACE2 zülallarının insan ağciyərində bir-biri ilə, başqa orqanlarda başqa zülallarla təmaslarını araşdıraraq onların yalnız sitoplazmada xüsusi üsulla, müxtəlif əngəlləri aşmaqla hərəkət edərək təmasda olduqlarını aşkarlayıblar.

Həmçinin bəzi hüceyrələrin eyni zülallardan ibarət olduğu da müəyyənləşib.

Tədqiqat müəllifləri ağciyərdən kənarda olan zülallardakı hüceyrələrdə dəyişikliklərə səbəb olmaqla orqanları koronavirusa qarşı həssas vəziyyətə gətirən qarşılıqlı təmasları izləməyə yardım edən riyazi model də tərtib ediblər.

Tədqiqata görə, adıçəkilən prosesləri pozacaq dərmanlar insanın bir sıra orqanlarının koronavirusa qarşı həssas vəziyyətə düşməsini, bununla da insan ölümlərini xeyli dərəcədə əngəlləyə biləcəklər.

Orphus sistemi